Altay Əliyevin rəhbəri olduğu "Etopaz" kontoru iflasa uğradı

Azərbaycanda mərc oyunlarının ilk qanuni elektron ünvanı etopaz.az fəaliyyətini dayandırmaq üzrədir.
"Mediasport"a verilən məlumata görə, birvaxtların məşhur şərhçisi Altay Əliyevin rəhbərlk etdiyi bukmeker kontoru müflisləşməyin astanasındadır.
Azərbaycanda 2012-ci ildən açılan "Netbet" MMC-nin tərkibindəki onlayn kontorun 2021-ci ildə digər bir mərc saytı - "Misli"nin Azərbaycanda fəaliyyətə başlamasından sonra bütün dayaqları zəifləyərək iflas həddinə çatıb.
Məlumata əsasən, Altay Əliyevin direktoru olduğu və statusunu ciddi şəkildə itirən "Netbet" MMC artıq bir müddətdir törəmə şirkət kimi fəaliyyət göstərir.
Etopaz.az saytının da bugün-sabah bağlanacağı bildirilir. "Misli"nin Azərbaycana ayaq açması ilə ölkədə olan "Topaz" məntəqələrinin sayı bir neçə ildir yarıdan çox azalıb.
Yada salaq ki, artıq 4 ildir Azərbaycan futbolunda söz sahibi "Dəmirören Holdinq"in "Misli" şirkətidir.