Emin “Neftçi” forması ilə paylaşım etdi: "Yeni qələbələr gözləyirik"

Emin “Neftçi” forması ilə paylaşım etdi: "Yeni qələbələr gözləyirik"

Azərbaycanlı iş adamı Emin Ağalarov sosial şəbəkə hesabında "Neftçi" ilə bağlı maraqlı paylaşım edib.

"Mediasport" xəbər verir ki, müğənni tennis oynayarkən "Neftçi" forması geyinib.

O, paylaşımında "ağ-qaralar"dan uğurlar gözlədiyini qeyd vurğulayıb:

"Sea Breeze" və “Neftçi” – hər zaman birlikdə. “Neftçi” formasında olarkən, heç vaxt uduzmuram.

"Sea Breeze" "Neftçi"nin rəsmi tərəfdaşıdır.

“Neftçi”yə azarkeşlik edirik və izləyirik, yeni qələbələr gözləyirik.

“Neftçi” formasında olarkən, hər zaman qalib gəlirəm".