Yığmamız Moldovaya məğlub oldu
 
                                Kişi həndbolçulardan ibarət Azərbaycan millisi inkişaf etməkdə olan ölkələrin çempionatında ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirə məğlubiyyətlə başlayıb.
Həndbolçularımız Moldovadan olan rəqiblərinə 21:33 hesabı ilə uduzublar.
Yığmamız qrupda Nigeriya və ABŞ ilə də qarşılaşacaq.
 
                        
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
