Avropa Kuboku: İsgəndər Əsədov AEK-in matçında işləyəcək
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun üçüncü mərhələsinin "Bursa Böyükşəhər Bələdiyyəspor"- "AEK Afina" görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman kompleksində keçiriləcək.
Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.
