Ağakişiyev qardaşları AÇ-nin Serbiya - Litva oyununda olacaqlar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıblar.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya - Litva görüşünün hakimləri olacaqlar.
Matç oktyabrın 16-da Belqrad şəhərindəki "Voydovaç" İdman Mərkəzində keçiriləcək.