Ağakişi qardaşları “Sesvete” - “Vardar” görüşünü idarə edəcəklər
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından növbəti dəfə təyinat alıblar.
"Mediasport" xəbər verir ki, referilər Avropa Liqasının qrup mərhələsində “Sesvete” (Xorvatiya) - “Vardar” (Şimali Makedoniya) komandalarının görüşünü idarə edəcəklər.
Qarşılaşma sabah Zaqreb şəhərində baş tutacaq. Matçın EHF nümayəndəsi kosovolu Eşref Begiri olacaq.
