Nərmin AÇ-də qızıl, Tunar gümüş, Selin isə bürünc medal qazandı

Nərmin AÇ-də qızıl, Tunar gümüş, Selin isə bürünc medal qazandı

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FİDE təmsilçisi Lizaveta Liaşkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub.

Bir tur əvvəl çempionluğu təmin edən Nərmin 9 turda 9 xalla unikal nəticəyə imza atıb. 

18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb. 

8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O Avropa çempionatının bürünc medalçısı olub. 

Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla vuraraq komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.