"Zirə" 3-cü matçda da uduzdu

 "Zirə" 3-cü matçda da uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" üçüncü yoxlama oyununda qüvvəsini sınayıb.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə Super Liqasına vəsiqə qazanan "İğdır"la qarşılaşıb.

7 qolun vurulduğu görüşdə rəqib qalib gəlib - 4:3.

Xatırladaq ki, "qartallar" buna qədər keçirdiyi yoxlama matçlarında "Qarabağ" (3:4) və Özbəkistanın "Navbahor" klubuna (1:3) da uduzub.