"Qarabağ" portuqaliyalı Avropa çempionunu transfer edəcək?

"Qarabağ" portuqaliyalı Avropa çempionunu transfer edəcək?

2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olmuş Renato Sançes karyerasını “Qarabağ”da davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, bu barədə “X” platformasında məşhur səhifələrdən “Naija Ballers” kanalı məlumat yayıb.

Bildirilib ki, “Golden Boy” mükafatının qalibi Azərbaycan klubuna keçməyə yaxındır.

İddiaya görə, Ağdam təmsilçisi 28 yaşlı vingerə illik 450 min avro maaş təklif edib.

Sançesin də məvacibində azalmaya razı olduğu və Ağdam təmsilçisində oynamağa müsbət yanaşdığı bildirilir.

Pireneyli karyerası ərzində PSJ, “Bayern”, “Roma” və “Benfika” kimi klublarda oynayıb, hazırda azad agentdir.