Millimizin üzvü 90 dəqiqə oynadı, komandası məğlubiyyətlə üzləşdi
Futbol üzrə Cənubi Koreya çempionatında 14-cü turun oyunları başa çatıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" "Qanqvon"a uduzub (0:2).
Anton oyuna əsas heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
27 yaşlı futbolçunun komandası yarışın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
