Zubirin yeni klubu məlum oldu

Zubirin yeni klubu məlum oldu

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu məlum olub.

"Mediasport" xəbər verir ki, fransalı futbolçu karyerasını Qətərdə davam etdirəcək.

34 yaşlı hücumameyilli yarımmüdafiəçi "Əl Şahaniyə”də forma geyinəcək.

Rəsmi müqavilə qısa zamanda bağlanacaq.

Xatırladaq ki, Mərakeş əsilli yarımmüdafiəçi Ağdam klubunda 2018-ci ildən bu yana 368 oyun keçirib, 78 qolla yadda qaldı.

O, "atlılar"la 6 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.