Azərbaycan yığmasının üzvü "Sivasspor"la müqavilə bağladı

Azərbaycan yığmasının futbolçusu Mert Çelik özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, Premyer Liqanı tərk edən "Səbail"lə vidalaşan müdafiəçi Türkiyə 1-ci Liqasında oynayacaq.
25 yaşlı oyunçu Super Liqadan düşən "Sivasspor"la iki illik müqavilə bağlayıb.
2025-ci ildə əsas milli komandamızda bir oyun keçirmiş türkiyəli futbolçu "Başakşəhər"in yetirməsidir.
O, daha əvvəl 3 mövsüm "Neftçi"də forma geyinib.