Murad və Zamiq üçün Avropa Konfrans Liqasında növbəti şans

Murad və Zamiq üçün Avropa Konfrans Liqasında növbəti şans

Bu axşam UEFA Konfrans Liqasının Liqa mərhələsində 4-cü turun görüşləri baş tutacaq.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçularından Murad Məmmədovun formasını geyindiyi Kiprin "Pafos" klubu "Midtyulland"la qarşılaşacaq.

Zamiq Əliyevin heyətində yer aldığı Albaniyanın "Eqnatiya" komandası isə "Linkoln"u sınağa çəkəcək.

Türk klublarından "Trabzonspor" Bolqarıstan səfərində, "Kayrat" doğma publika qarşısında oynayacaq.


UEFA Konfrans Liqası. Liqa mərhələsi. 4-cü tur


19:30. "Kayrat" (Qazaxıstan) - "Myallbü" (İsveç)

21:45. "Ayaks" (Niderland) - "Tun" (İsveçrə)

21:45. "Pafos" (Kipr) - "Midtyulland" (Danimarka)

21:45. "Brayton" (İngiltərə) - "Universitatya" Krayova (Rumıniya)

21:45. "Brann" (Norveç) - "Orhus" (Danimarka)

21:45. "Harts" (Şotlandiya) - "Monako" (Fransa)

21:45. "Yabloneç" (Çexiya) - "Luqano" (İsveçrə)

21:45. "Jalgiris" (Litva) - "Riqa" (Latviya)

21:45. "İberiya" (Gürcüstan) - "Xetafe" (İspaniya)

21:45. "Eqnatiya" (Albaniya) - "Linkoln" (Cəbəllütariq)

00:00. "Braqa" (Portuqaliya) - "KuPS" (Finlandiya)

00:00. "Frayburq" (Almaniya) - "Tvente" (Niderland)

00:00. "Gent" (Belçika) - "Srvena Zvezda" (Serbiya)

00:00. "Borats" (Bosniya və Herseqovina) - "Atalanta" (İtaliya)

00:00. "Hayduk" (Xorvatiya) - "Sent-Trüyden" (Belçika)

00:00. "Norşelland" (Danimarka) - "Panatinaikos" (Yunanıstan)

00:00. "İnter" Eskaldes (Andorra) - "Kopenhagen" (Danimarka)

00:00. ÇSKA (Bolqarıstan) - "Trabzonspor" (Türkiyə)