Yığmamız Monteneqro üzərində qələbəni son dəqiqədə əldən verdi

Yığmamız Monteneqro üzərində qələbəni son dəqiqədə əldən verdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti matçını keçirib.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız C Liqasının 4-cü qrupunda Monteneqro seçməsinin qonağı olub.

Nikşiç şəhərində "Sutyeska" klubunun meydanında keçirilən matçda yaxşı üstünlük qazanan futbolçularımız son dəqiqədə qələbə hesabını əldən veriblər.

Rəqib 90+2-ci dəqiqədə penaltidən 1 xalı təmin edib.

Hücum xəttində milliləşdirilmiş legioner Nazlıcan Parlağın hədsiz zəif oyunu, qapıçımız Nərgiz Əliyevanın isə inamlı çıxışları və qurtarışları xüsusi qeyd olunmalıdır.

Bu nəticədən sonra hər iki komandanın 5 xalı olsa da, Monteneqro yığması daha yaxşı top fərqinə görə liderdir.

Komandamızın qrupda son qarşılaşması mayın 30-da Litvaya qarşı olacaq.

İyunun 3-də baş tutacaq Litva - Monteneqro görüşündən sonra qrup 1-cisi müəyyənləşəcək.

Qeyd edək ki, yığmamız qrupda daha əvvəl bu rəqiblə Bakıda qolsuz bərabərə qalıb, səfərdə Litvanı məğlub edib (2:0).