4 atıcımız İspaniyada Dünya Kubokunda mübarizə aparacaq

 4 atıcımız İspaniyada Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycan millisinin atıcıları İspaniyanın Qranada şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, ölkəmiz mötəbər yarışda 4 idmançı ilə təmsil olunacaq.

Komandamızın heyətində Ruslan Lunyov, Vladislav Kalmıkov, Nigar Nəsirova və Xanna Əliyeva mübarizə aparacaqlar.

Atıcılarımız fərdi və qarışıq komanda yarışında qüvvələrini sınayacaqlar.

50-dən çox ölkədən idmançıların yarışacağı Dünya Kuboku aprelin 5-dən 13-dək təşkil olunacaq.