Azərbaycan idmançısından Avropa çempionatında bürünc medal!

Azərbaycan idmançısından Avropa çempionatında bürünc medal!

Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Mediasport.com.az xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə (U-18) solo yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı bürünc medal uğrunda mübarizədə Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.