Azərbaycan çempionatı yekunlaşdı

  Azərbaycan çempionatı yekunlaşdı

Güllə atıcılığı üzrə Azərbaycan Çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, yarışda 4 kateqoriya üzrə qaliblər müəyyənləşib.

50 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Rəsul Məmmədov 1-ci, Hacı Musayev 2-ci, Vladislav Kalmıkov 3-cü yeri tutub.

Zeynəb Sultanova çempion olub. Bu kateqoriyada Nilufər Səmədli 2-ci, Sofiya Barxalova 3-cü pillədə qərarlaşıb.

Kişilərin 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Ruslan Lunev qızıl, İmran Qarayev gümüş, Cəfər Sultanlı bürünc medal qazanıb.

50 metr məsafəyə 3 vəziyyətdə tüfənglə atəş açma yarışında Nigar Ramazanova qalib olub.

Bu növdə Əliməmməd Hüseynov ikinci, Üzeyir Tapdıqlı isə üçüncü yeri tutub.