Millimizdən Fransadakı Avropa çempionatında növbəti medal

 Millimizdən Fransadakı Avropa çempionatında növbəti medal

Azərbaycan millisi Fransanın Şatoru şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında daha bir medal qazanıb.

"Mediasport" xəbər verir ki, bu dəfə yığmamızın üzvü Xanna Əliyeva fəxri kürsüyə yüksəlib.

O, standart tapança ilə 25 metr məsafəyə atəşaçmada 560 xal və 12 daxili onluqla (x) bürünc mükafat əldə edib.

Qeyd edək ki, AÇ-də onadək Niyaz Ağazadə və Rigina Meftaxetdinova cütlüyü də 3-cü yeri tutub.