Adil Şükürov "Sumqayıt"da

  Adil Şükürov "Sumqayıt"da

"Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat baş tutub.

"Mediasport" xəbər verir ki, bu vəzifəni Adil Şükürov icra edəcək.

48 yaşlı mütəxəssis buna qədər "Zirə", "Şüvəlan", "Kəpəz" və "Səbail" kimi klublarda baş məşqçi vəzifəsində çalışıb.

Adil Şükürov müxtəlif dönəmlərdə "Bakı" Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.