Azərbaycan yığmasının üzvləri Belarusda iki medal qazandılar
Azərbaycanın üzgüçüləri Belarus Açıq turnirinə uğurla başlayıblar.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz ilk gündə 2 medal qazanıblar.
Anastasiya Qnusina sərbəst üsul ilə 1500 metr məsafədə (17:22.09) gümüş, Fatimə Alkərəmova isə qarışıq üsul ilə 200 metr məsafədə (2:18.01) bürünc medal əldə edib.
Hər iki idmançı həmçinin sərbəst üsul ilə 50 metr məsafədə (22.91) Azərbaycan rekordunu yeniləyiblər.

