"Neftçi" veteranları mükafatlandırdı

Azərbaycan Premyer Liqasının 1-ci turunun "Şamaxı" ilə oyunun fasiləsində "Neftçi" veteranlarını mükafatlandırıb.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın baş icraçı direktoru Cenk Sümer uzun illər komandanın həkimi vəzifəsində çalışmış Boris Xetaqurovu 85 illik, veteran futbolçu Arif Əsədovu isə 55 illik yubileyi münasibətilə təbrik edib və xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, ölkə çempionatının ilk turunun "Neftçi" - "Şamaxı" oyunu 1:1 hesabı ilə yekunlaşıb.