1-ci Liqa: "Şahdağ Qusar" MOİK-lə, "Cəbrayıl" "Zaqatala" ilə qarşılaşır

Bu gün Azərbaycan 1-ci Liqasında 2025-26 mövsümünə start veriləcək.
"Mediasport" xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma keçiriləcək.
"Şahdağ Qusar" MOİK-in qonağı olacaq. "Cəbrayıl" səfərdə "Zaqatala" ilə üz-üzə gələcək.
Azərbaycan 1-ci Liqası. 1-ci tur
16:30 MOİK - "Şahdağ Qusar"
Hakimlər: Emin Əliyev, Aydın Bəxşiyev, Rasim Axundov, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Binə qəsəbə stadionu.
16:30 "Zaqatala" - "Cəbrayıl"
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Zaqatala OİK stadionu.