Azərbaycanın bölgə klubu bu dəfə anqolalı futbolçu transfer etdi

Azərbaycanın bölgə klubu bu dəfə anqolalı futbolçu transfer etdi

Futbol üzrə Azərbaycan 1-ci liqasında yarışan "Şahdağ Qusar" heyətinə daha bir legioner qatıb.

"Mediasport" xəbər verir ki, şimallılar Aqostinyo Çipesse ilə gücləniblər.

Anqolalı yarımmüdafiəçi ilə "5 ay+1" illik müqavilə imzalanıb.

Son olaraq Finlandiyanın KPV klubunda çıxış etmiş afrikalı daha əvvəl Portuqaliyanın "Jil Visente", "Vilaverdense" və "Vilanovenses" komandalarında da forma geyinib.

Xatırladaq ki, Qusar təmsilçisi daha əvvəl qanalı hücumçu Peter Aqblevoru transfer edib, noyabrdan düşərgədə olan Kvaku Acei ilə 1 mövsümlük anlaşmaya qol çəkib.