"Qəbələ" və "Karvan" xal itirdi, "Difai" rəqibi darmadağın etdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 18-ci turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutub.
Lider "Qəbələ" Zaqatalada, ən yaxın izləyicisi "Karvan" isə Lökbatanda xal itirib.
Çempionatda qalmağa çalışan "Difai" "Cəbrayıl"ın qapısından 4 cavabsız top keçirib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası. 18-ci tur
12 mart (çərşənbə)
“Bakı Sportinq” - “İmişli” 2:2
Hakimlər: Kamranbəy Rəhimov, Aydın Bəxşiyev, Vüqar Bayramov, Şamil İmanzadə
Binə qəsəbə stadionu
13 mart (cümə axşamı)
“Cəbrayıl” - “Difai” 0:4
Hakimlər: Alik Yunusov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Rasim Musayev
Lökbatan OİK stadionu
“Qaradağ Lökbatan” – “Karvan” 1:1
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov
Lökbatan OİK stadionu
“Zaqatala” – “Qəbələ” 1:1
Hakimlər: Nicat İsmayıllı, Rasim Axundov, Asif Abdullayev, Səbuhi Bayramov
Zaqatala OİK stadionu
14 mart (cümə)
15:00. “Mingəçevir” - MOİK
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Sənan Atayev, Nəriman Ağayev
Mingəçevir şəhər stadionu (ehtiyat meydança)