AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışını izlədi

AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışını izlədi

AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupunda 4-cü tur çərçivəsində keçirilən “Sabah” - “Zirə” matçınıizləyib.

"Mediasport" xəbər verir ki, baş katib təşkilati işlərlə yaxından maraqlanıb, könüllülərlə görüşüb.

Federasiya rəsmisi oyunların "CBC Sport" telekanalında və BFF-nin YouTube sosial şəbəkəsində canlı yayımlanması üçün görülmüş işləri yüksək qiymətləndirib.

Baş katib təşkilatçı Bakı Futbol Federasiyasının (BFF) prezidenti Tahir Süleymanovla fikir mübadiləsində “Sabahın Ulduzları” layihəsinin ölkəmizdə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına müvafiq yaş qrupu üzrə milli komandamızın formalaşdırılması üçün böyük əhəmiyyət daşıdığını xüsusilə vurğulayıb.