"Barselona"nın sabiq hücumçusu "Qarabağ"a transfer oluna bilər

"Barselona"nın sabiq hücumçusu "Qarabağ"a transfer oluna bilər

Transfer çalışmalarını davam etdirən "Qarabağ" Albaniya millisinin futbolçusu Rey Manayla maraqlanır.

"Mediasport" xəbər verir ki, 29 yaşlı hücumçunun keçidi qış fasiləsində reallaşa bilər.

Hazırda azad agent olan forvard ağdamlılara təklif edilib.

"Köhlən atlar"ın transferi ciddi götür-qoy etdiyi bildirilir. Manayın transfer dəyəri 1,5 milyon avro qiymətləndirilir.

Mərkəz hücumçusu "Barselona"dan başqa, “İnter”, “Kremoneze”, “Peskara”, “Piza”, “Qranada”, “Albasete”, "Speziya”, “Uotford”, “Sivasspor”, “Şarjah” klublarında forma geyinib.