AFFA UEFA-ya Ermənistanın təxribatı ilə bağlı etirazını bildirdi

AFFA UEFA-ya Ermənistanın təxribatı ilə bağlı etirazını bildirdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) UEFA-ya rəsmi məktubla müraciət edərək 12 noyabr 2026-cı il tarixində UEFA Millətlər Liqasının C2 qrupunun V turu çərçivəsində keçirilmiş Ermənistan - Kipr oyunu zamanı tribunalarda nümayiş etdirilən təxribat xarakterli pankart və simvollarla əlaqədar öz etirazını bildirib.

"Mediasport" xəbər verir ki, qarşılaşma zamanı tribunada Azərbaycan Respublikasının ərazisində qanunsuz yaradılmış keçmiş qondarma separatçı rejimin adı və bayrağı nümayiş etdirilib.

Mövcudluğuna son qoyulmuş qondarma rejimin rəmzlərinin beynəlxalq futbol oyunu zamanı nümayiş etdirilməsi qəbuledilməzdir.

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin imzaladığı etiraz məktubunda qeyd edilir ki, UEFA-nın İntizam Qaydalarına görə stadionlarda siyasi, ideoloji, dini və provokasiya xarakterli söz və ifadələrdən istifadə etmək qəti qadağandır və separatçı rəmzlərin koordinasiya edilmiş tərzdə nümayiş etdirilməsi UEFA bayrağı altında keçirilən turnirlərdən siyasi təbliğat vasitəsi kimi istifadə etmək cəhdidir.

“Qeyd edilənləri nəzərə alaraq AFFA bu insidenti araşdırmağa, onunla əlaqədar intizam tədbirləri görməyə və gələcəkdə oxşar insidentlərin qarşısını almağa çağırır”, məktubda qeyd edilir.