"Qarabağ" komandasını təbrik edir və yeni qələbələr arzulayıram"

"Qarabağ" komandasını təbrik edir və yeni qələbələr arzulayıram"

AFFA-nın prezidenti Rövşən Nəcəf UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ"ı təbrik edib.

"Mediasport" xəbər verir ki, federasiya rəsmisi bu haqda sosial şəbəkə hesabında paylaşım edib:

"UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn "Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm".

Xatırladaq ki, "köhlən atlar" "Şkendiya"nı iki oyunun nəticəsinə əsasən, 6:1 (1:0, 5:1) hesabı ilə məğlub edib.