Millimiz Qazaxıstana uduzdu

 Millimiz Qazaxıstana uduzdu

15 yaşadək qızlardan ibarət Azərbaycan millisi Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimkənd şəhərində yerləşən “Namis” stadionunda baş tutan matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın qolunu 71-ci dəqiqədə Zəhra Əkbərli vurub.

U-15-in növbəti qarşılaşması sabah Rusiya millisinə qarşı olacaq.