Ukrayna klubunun futbolçusu Azərbaycana üz tutdu - RƏSMİ

Ukrayna klubunun futbolçusu Azərbaycana üz tutdu - RƏSMİ

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, "kimyaçılar" Ukraynanın "Polissya" klubundan Emil Mustafayevi icarəyə götürüb.

Azərbaycan milli komandasının üzvü olan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi yaya qədər "Sumqayıt"ın formasını geyinəcək.

Qeyd edək ki, Emil Mustafayev 2025-ci ilin yayından "Polissye"də çıxış edir.