"Araz-Naxçıvan"ın legioneri milli komandaya dəvət edildi - FOTO
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Benin milli komandasına dəvət olunub.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.
O, milli komandanın düşərgəsinə iyunun 1-də qoşulacaq.
Felipe cari mövsüm Muxtar Respublika təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 29 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

