Quluzadə Avropa üçüncüsü oldu

Quluzadə Avropa üçüncüsü oldu

Stolüstü tennis üzrə Azərbaycan milli komandasının üzvü Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticə qazanıb.

"Mediasport" xəbər verir ki, təmsilçimiz Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə bürünc medal əldə edib.

Cütlük yarımfinalda Avstriya-İspaniya tandeminə məğlub olub (2:3).

Quluzadə Azərbaycanın müstəqillik dövründə belə uğura imza atan ilk stolüstü tennisçimiz olub.