Azərbaycan klubu Avropa Kubokunda APOEL-lə qarşılaşır

 Azərbaycan klubu Avropa Kubokunda APOEL-lə qarşılaşır

Qadın həndbolçulardan ibarət “Kür” komandası bu gün EHF Avropa Kubokunda növbəti matçını keçirəcək.

"Mediasport" xəbər verir ki, Mingəçevir təmsilçisi doğma meydanda Kiprin “APOEL” klubu ilə qarşılaşacaq.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşacaq duel saat 17:00-da start götürəcək.

Komandalar arasındakı növbəti oyun oktyabrın 11-də baş tutacaq.