Azər Bağırov yenidən "Kəpəz"də

Azər Bağırov yenidən "Kəpəz"də

"Kəpəz"in yeni baş məşqçisi məlum olub.

"Mediasport" xəbər verir ki, Adil Şükürovdan boş qalan posta Azər Bağırov gətirilib.

44 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Xatırladaq ki, "Kəpəz" ötən mövsümdə də Azər Bağırovun rəhbərliyi altında çıxış edib. Gəncə təmsilçisi cari mövsüm Premyer Liqada keçirdiyi 6 oyunun hamısında uduzub.