"Neftçi" - "Turan Tovuz" oyununun biletləri 3 manatdan satışa çıxarıldı

"Neftçi" - "Turan Tovuz" oyununun biletləri 3 manatdan satışa çıxarıldı

Martın 10-da Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutacaq “Neftçi” - “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti 3, 5, 10, 20 və 30 AZN təşkil edir.

Azarkeşlər biletləri onlayn qaydada əldə edə bilərlər.

Biletlər “Neftçi Arena”nın kassalarında isə oyun günü saat 12:00-dan satışda olacaq.

Qarşılaşma saat 19:30-da başlanacaq.