"Qarabağ" "Sumqayıt"ı məğlub etdi, "Neftçi" "Kəpəz"lə bərabərə qaldı

"Qarabağ" "Sumqayıt"ı məğlub etdi, "Neftçi" "Kəpəz"lə bərabərə qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü tura bu gün yekun vurulub.

"Mediasport" xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Növbəti Azərbaycan çempionluğunu ötən tur rəsmiləşdirmiş "Qarabağ" uzunmüddətli fasilədən sonra qayıtdığı doğma "Azərsun Arena"da "Sumqayıt"la formal görüşə çıxıb.

Axşama doğru isə tarixi uzun illərə dayanan dueldə "Neftçi" "Kəpəz"lə üz-üzə gəlib.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Zirə" "Turan Tovuz"u məğlub edib (1:1), "Şamaxı" "Səbail"lə, "Araz-Naxçıvan" "Sabah"la "sülh" bağlayıb (1:1).

Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə"nin bu qələbə ilə mövsümdə ikinci pilləni təmin etdiyini bildirək.


Azərbaycan Premyer Liqası. 33-cü tur


“Qarabağ” - “Sumqayıt” 2:0

Qollar: Yassin Benzia, 60, Kadi Borges, 82.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

"Azərsun Arena"


"Neftçi” - “Kəpəz” 2:2

Qollar: Aleks Fernandeş, 24, Emin Mahmudov, 90+5-pen., - Luis Paçu, 50, Camal Cəfərov, 63.

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“Neftçi Arena”