"Qarabağ"ın "İnter"lə matçda qolunu saymayan hakim Bakıda!

"Qarabağ"ın "İnter"lə matçda qolunu saymayan hakim Bakıda!

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Omoniya" cütünün Bakıda keçiriləcək ilk oyununun hakim təyinatı açıqlanıb.

"Mediasport" xəbər verir ki, qarşılaşmanı çexiyalı hakimlər idarə edəcəklər.

Baş hakim funksiyasını FİFA referisi Ondrey Berka icra edəcək. Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək.

Dördüncü hakim funksiyasını isə Ondrey Peçaneç yerinə yetirəcək.

VAR-da Tomas Koçurek, AVAR-da Miroslav Zelinka əyləşəcək.

Xatırladaq ki, matç 7 avqust, 20:00-da "Dalğa Arena"da start götürəcək. Cavab oyunu bir həftə sonra Nikosiyada baş tutacaq.

Qeyd edək ki, AVAR-da oturacaq Zelinka 2014-cü il dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda - UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" (İtaliya) oyununun (0:0) son dəqiqələrində yaddaşlardan silinməyən qərar verərək, Ağdam klubunun heyətində fərqlənən Riçard Almeydanın təmiz qolunu qeydə almamış və nəticədə təmsilçimiz qrupda qalmışdı.