Kənan Vəliyev dopinq qaydalarını pozduğu üçün 2 illik uzaqlaşdırıldı
Azərbaycan atleti Kənan Vəliyev 2 il müddətinə diskvalifikasiya olunub.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) "Mediasport"a verilən məlumata görə, idmançı antidopinq qaydalarının pozulmasında təqsirli bilinib.
K.Vəliyevə qarşı irəli sürülən pozuntu idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək (2.3-cü maddə) ilə bağlıdır.
Qeyd edək ki, sanksiyanın qüvvədə olma müddəti 2026-cı il aprelin 15-dən 2028-ci il aprelin 15-dək nəzərdə tutulub.

