U-19 Farer adalarını məğlub etdi

  U-19 Farer adalarını məğlub etdi

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi "Slovenia Nations Cup" yoldaşlıq turnirində 2-ci oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Çatej” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 25-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) vurublar.

Beynəlxalq turnir çərçivəsində ilk oyununda İslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.