Azərbaycan 2-ci Liqasında 21-ci turun oyun proqramı açıqlandı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 21-ci turun matç proqramı açıqlanıb.
"Mediasport" xəbər verir ki, tur iki oyun gününü əhatə edəcək.
Bütün görüşlər Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.
Görüşlərin hamısı eyni saatda - 16:30-da start götürəcək.
Qeyd edək ki, çempionatın lideri "Şahdağ Qusar" və 2-ci pillənin sahibi "Şəfa" qalan turların nəticələrindən asılı olmayaraq, 1-ci Liqaya vəsiqəni təmin ediblər.
Azərbaycan 2-ci Liqası. 21-ci tur
15 aprel (çərşənbə axşamı)
“Göygöl” – “Şahdağ Qusar”
Göygöl OİK stadionu
“Hypers Guba” – “Şəfa”
Quba OİK stadionu
“Sheki City” – “Qusar”
Şəki şəhər stadionu
“Lerik” – “Dinamo”
Lənkəran OİK stadionu
16 aprel (çərşənbə)
“Füzuli” – “Ağdaş”
Şamaxı OİK stadionu
“Şəmkir” – “Kür-Araz”
Şəmkir OİK stadionuğ
“Araz Saatlı” – “Şimal”
Saatlı OİK stadionu