"Arsenal" PSJ-ni qəbul edir - UEFA Çempionlar Liqasında yarımfinal

"Arsenal" PSJ-ni qəbul edir - UEFA Çempionlar Liqasında yarımfinal

Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk matç Londonda baş tutacaq.

Əvvəlki raundda Madrid "Real"ını "topa tutaraq" mərhələ keçən "Arsenal" doğma publika qarşısında PSJ ilə üz-üzə gələcək.

Yarımfinalın digər ilk görüşü sabah İspaniyada “Barselona” ilə “İnter” arasında reallaşacaq.

Cavab qarşılaşmaları mayın 6-7-də oynanılacaq.


UEFA Çempionlar Liqası. Yarımfinal. İlk oyun


23:00. “Arsenal” (İngiltərə) - PSJ (Fransa)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)