ÇL-da üçüncü təsnifat mərhələsi: "Fənərbağça" Niderland səfərində

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə altı görüş baş tutacaq.
Türkiyə təmsilçisi "Fənərbağça" səfərdə "Feyenoord"un qonağı olacaq.
Azərbaycan çempionu "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) münasibətlərinə aydınlıq gətirəcəklər.
UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun
19:00 "Kayrat" (Qazaxıstan) - "Slovan" (Sloveniya)
21:00 "Zalsburq" (Avstriya) - "Brügge" (Belçika)
21:30 "Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan)
22:30 "Lex" (Polşa) - "Srvena Zvezda" (Serbiya)
23:00 "Feyenoord" (Niderland) - "Fənərbağça" (Türkiyə)
23:00 "Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)