Çempionlar Liqasında mövsümün rəmzi komandası tərtib olundu

Çempionlar Liqasında mövsümün rəmzi komandası tərtib olundu

UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün rəmzi komandası tərtib edilib.

"Mediasport" xəbər verir ki, tarixində ilk çempionluğunu qazanan PSJ-nin 7 futbolçusu simvolik yığmada yer alıb.

Qapıçı: Canluici Donarumma (PSJ);

Müdafiəçilər: Nunu Mendeş (PSJ), Alessandro Bastoni (“İnter”), Markinyos (PSJ), Əşrəf Hakimi (PSJ);

Yarımmüdafiəçilər: Rafinya (“Barselona”), Deklan Rays (Arsenal), Vitinya (PSJ), Lamin Yamal (“Barselona”);

Hücumçular: Usman Dembele (PSJ), Dezir Due (PSJ).

Qeyd edək ki, Fransa nəhəngi finalda İtaliyanın "İnter" klubunu darmadağın (5:0) edərək kuboka sahib çıxıb.