Çempionlar Liqasında mövsümün oyunçusu və rəmzi heyət seçildi

Çempionlar Liqasında mövsümün oyunçusu və rəmzi heyət seçildi

UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı futbolçusu və rəmzi heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, turnirin ən yaxşı oyunçusu PSJ-nin gürcü vingeri Xviça Kvaratsxeliya seçilib.

Simvolik yığmaya gəlincə, "11-liy"ə yalnız 4 komandanın futbolçuları düşüblər.

Çempion PSJ-dən 4, finalçı "Arsenal"dan 3 oyunçu heyətə salınıb.

Qapıçı: David Raya (“Arsenal”);

Müdafiəçilər: Nunu Mendeş (PSJ), Qabriel Maqalhaes (“Arsenal”), Markinyos (PSJ), Markos Lyorente (“Atletiko”);

Yarımmüdafiəçilər: Xviça Kvaratsxeliya (PSJ), Vitinya (PSJ), Deklan Rays (“Arsenal”), Maykl Olise (“Bayern”);

Hücumçular: Harri Keyn (“Bayern”), Usman Dembele (PSJ).