Tofiq Musayev UFC-də növbəti dəfə rinqə Serbiyada çıxacaq

Tofiq Musayev UFC-də növbəti dəfə rinqə Serbiyada çıxacaq

Azərbaycanlı döyüşçü Tofiq Musayev UFC-də növbəti dəfə rinqə çıxacaq.

"Mediasport" xəbər verir ki, "Fight Night" turniri avqustun 1-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Təmsilçimizin rəqibi slovakiyalı Lüdovit Kleyn olacaq.

Xatırladaq ki, Tofiq Musayev yarışda son dəfə martın 28-də "UFC Fight Night 271" turnirində Çili idmançısı İqnasio Bahamondeslə döyüşüb və qələbə qazanıb.