Deklan Rays Çempionlar Liqası tarixinə 5-ci futbolçu kimi düşdü

“Arsenal”ın futbolçusu Deklan Rays UEFA Çempionlar Liqasının tarixinə düşüb.
"Mediasport" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi buna Madrid "Real"ı ilə qarşılaşmada iki dəfə cərimə zərbəsindən qol vurmaqla nail olub.
İspanlarla 1/4 finalın ilk duelində dubl edən ingiltərəli Rivaldo, Kriştianu Ronaldu, Neymar və Hakim Ziyeşin uğurunu təkrarlayıb.
Qeyd edək ki, London klubu "Real"ı Raysın dublu və Mikel Merinonun qolları sayəsində 3:0 hesabı ilə məğlub edib.