Avropa çempionatı: Sumoçularımız Şotlandiyada 4 medal qazandılar

  Avropa çempionatı: Sumoçularımız Şotlandiyada 4 medal qazandılar

Şotlandiyada sumo üzrə Avropa çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları 1 qızıl və 3 bürünc medal qazanıblar.

Cavid Yusifov (115 kq) qızıl, Əmrah Şəfiyev (85 kq və mütləq çəki) iki bürünc mükafata yiyələnib.

Yığmamız komanda yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xatırladaq ki, sumo üzrə dünya çempionatı ilk dəfə 17-18 oktyabrda Bakıda keçiriləcək.