Millilərimiz Daşkənddə Hindistan və Argentina ilə "sülh" bağladı

Millilərimiz Daşkənddə Hindistan və Argentina ilə "sülh" bağladı

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan şahmat üzrə 46-cı Ümumdünya Olimpiadası davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milliləri növbəti oyunlarını 8-ci tur çərçivəsində keçiriblər.

Kişilərdən ibarət komanda Hindistan, qadın yığmamız isə Argentina ilə heç-heçə edib - 2:2.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət uarış sentyabrın 27-də yekunlaşacaq.