Dünya çempionatı start götürdü: 4 şahmatçımız ilk turda qalib gəldi

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycanın dörd təmsilçisi mundiala qələbə ilə başlayıb.
İlk turda Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova qələbə qazanıblar, Lalə Hüseynova məğlub olub.
DÇ-də 61 ölkədən 263 şahmatçının iştirak edir. Yarış 11 turdan ibarət olacaq.