Millilərimiz 6-cı turda Argentina və Qazaxıstan yığmaları ilə qarşılaşır
Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan milliləri bu gün 6-cı tur görüşlərini keçirəcəklər.
Kişilərdən ibarət komanda Argentina yığması ilə qarşılaşacaq.
Qadın millimizin rəqibi isə Qazaxıstan kollektivi olacaq.
Xatırladaq ki, 8 xalla 11-ci pillədə qərarlaşan kişi yığmamız daha öncə Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib, Çexiya və Rumıniya ilə heç-heçə edib (2:2).
10 xalla 4-cü olan qadın komandamız Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveç, İngiltərə (hər ikisi 2,5:1,5) və Serbiyaya (3:1) qalib gəlib.
İsveçrə sistemi üzrə 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də yekunlaşacaq.

